İngiltərədə mövsümün ən kuryoz qolu vurulub

İngiltərədə mövsümün ən kuryoz qolu vurulub Qolun müəllifi "Nyukasl"ın futbolçusu Məhəmməd Diame olub
Futbol
1 Mart , 2017 17:46
İngiltərədə mövsümün ən kuryoz qolu vurulub

Bakı. 1 mart. REPORT.AZ/ Futbol üzrə İngiltərə Çempionşipində XXXIV tur çərçivəsində keçirilən "Brayton" - "Nyukasl" oyununda ilin ən kuryoz qolu vurulub. 

"Report"un məlumatına görə, qolun müəllifi qonaq komandanın Seneqal əsilli fransalı futbolçusu Məhəmməd Diame olub.

Görüşün 80-ci dəqiqəsində "Nyukasl" futbolçuları künc zərbəsi yerinə yetirən zaman top iki toxunuşdan sonra Diamenin ayağına dəyərək qapıdan keçib.

Qeyd edək ki, fransalı futbolçunun kuryoz qolu matçın gedişatını dəyişib. Oyunun 80-ci dəqiqəsinədək 1:0 hesabı ilə öndə olan "Brayton" 2 qol buraxaraq, uduzub.

Son xəbərlər

Orphus sistemi