İngiltərədə federasiya maaşların azaldılmasına razı oldu

İngiltərədə federasiya maaşların azaldılmasına razı oldu İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən yarışların dayandırıldığı müddətdə maaşların azaldılmasına razılıq verib.
Futbol
6 Aprel , 2020 18:19
İngiltərədə federasiya maaşların azaldılmasına razı oldu

İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi koronavirus pandemiyası səbəbindən yarışların dayandırıldığı müddətdə maaşların azaldılmasına razılıq verib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə futbol direktoru Mark Ballingem bildirib.

O deyib ki, ildə 50 min funt sterlinq və ya daha çox qazanan bütün işçilərin əməkhaqlarının 7.5 faiz müvəqqəti azaldılmasını təklif edirlər: “Rəhbərlikdəki şəxslər maaşlarının 15 faiz, təşkilatdakı ən yüksək maaş alan işçilər isə 30 faiz azaldılmasını qəbul edib”.

Son xəbərlər

Orphus sistemi