İngiltərə yığmasının keçmiş futbolçusu Ginnesin Rekordlar Kitabına düşüb

İngiltərə yığmasının keçmiş futbolçusu Ginnesin Rekordlar Kitabına düşüb Piter Krauç başla hamıdan çox qol vurub
Futbol
9 Oktyabr , 2017 15:37
İngiltərə yığmasının keçmiş futbolçusu Ginnesin Rekordlar Kitabına düşüb

Bakı. 9 oktyabr. REPORT.AZ/ İngiltərə milli komandasının sabiq futbolçusu, hazırda "Stok Siti" klubunda çıxış edən Piter Krauç Ginnesin Rekordlar Kitabına düşüb. "Report"un məlumatına görə, 36 yaşlı hücumçu Premyer Liqa qarşılaşmalarında başla hamıdan çox qol vurub.

O, "Aston Villa", "Sautgempton", "Liverpul", "Portsmut", "Tottenhem" və "Stok Siti" klublarında ümumilikdə 436 matça çıxıb və 105 dəfə fərqlənib. Krauç qollarından 36-na başla imza atıb. Təcrübəli forvardın ən yaxın izləyicisi "Arsenal"da çıxış edən və başla 28 qol vuran Olivye Jirudur. 

Son xəbərlər

Orphus sistemi