İngiltərə yeniyetmələr arasında futbol üzrə Dünya çempionatının qalibi olub

İngiltərə yeniyetmələr arasında futbol üzrə Dünya çempionatının qalibi olub İngilislər finalda ispanları darmadağın ediblər
Futbol
28 Oktyabr , 2017 23:12
İngiltərə yeniyetmələr arasında futbol üzrə Dünya çempionatının qalibi olub

Bakı. 28 oktyabr. REPORT.AZ/ İngiltərə yığması tarixində ilk dəfə olaraq 17 yaşadək futbolçular arasında dünya çempionatının qalibi olub.

“Report” xəbər verir ki, Hindistanda keçirilən final matçında ingilis futbolçular İspaniya komandasını 5:2 hesabı ilə darmadağın ediblər.

Turnirin gümüş mükafatçısı Braziliya olub. Cənubi amerikalılar medallar uğrunda qarşılaşmada Malini 2:0 məğlub ediblər.

Son xəbərlər

Orphus sistemi