Yuxarı
    Bağlamaq

    İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb

    Cənubi koreyada keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatının finalçıları müəyyənləşib

    Bakı. 8 iyun. REPORT.AZ/ Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının finalçıları müəyyənləşib. 

    “Report”un məlumatına görə, bu gün baş tutan yarımfinal qarşılaşmalarından sonra İngiltərə və Venesuela yığmaları həlledici görüşə vəsiqə qazanıb.

    İngiltərə yarımfinalda İtaliyanı 3:1 hesabı ilə məğlub etdiyi halda, Venesuela Uruqvayı penaltilər seriyasında üstələyib – 4:3 (əsas vaxt 1:1).

    Qeyd edək ki, iyunun 11-də keçiriləcək final qarşılaşması Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi