İngiltərə telekanalı Tofiq Bəhramovu haqlı çıxarıb

İngiltərə telekanalı Tofiq Bəhramovu haqlı çıxarıb Yan xətt hakiminin qərarı "Sky Sport"da müzakirə olunub
Futbol
5 Yanvar , 2016 17:15
İngiltərə telekanalı Tofiq Bəhramovu haqlı çıxarıb

Bakı. 5 yanvar. REPORT.AZ/ İngiltərənin "Sky Sports" telekanalında 1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya yığma komandaları arasındakı final oyununda azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun verdiyi qərar müzakirə olunub. "Report"un məlumatına görə, İngiltərə "Liverpul"unun sabiq futbolçusu Ceymi Karrager və aparıcı Ed Çembers Bəhramovun İngiltərənin qolunu qeydə almasını doğru qərar adlandırıb.

Veriliş zamanı müasir texnologiya vasitəsilə topun qapı xəttini keçib-keçmədiyi müəyyən olunub. Nəticədə əlavə vaxtın 11-ci dəqiqəsində Ceffri Herstin Almaniyanın qapısına vurduğu qolun qeydə alınması düzgün addım sayılıb.

Qeyd edək ki, 1966-cı ildə dünya çempionatının finalı Londondakı "Uembli" stadionunda keçirilib. İngiltərə və Almaniya komandalarının görüşündə əsas vaxt 2:2 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda nominal meydan sahibləri 2 qol vuraraq kuboku qazanıblar. 

Son xəbərlər

Orphus sistemi