İngiltərə Premyer Liqasının oyunlarından öncə "Marselyoza" səsləndiriləcək

İngiltərə Premyer Liqasının oyunlarından öncə "Marselyoza" səsləndiriləcək Bu addım Fransaya dəstək məqsədilə atılıb
Futbol
19 Noyabr , 2015 13:35
İngiltərə Premyer Liqasının oyunlarından öncə Marselyoza səsləndiriləcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasının XIII tur qarşılaşmalarından öncə "Marselyoza" (Fransa himni) səsləndiriləcək. "Report"un məlumatına görə, bu addım Fransaya dəstək məqsədilə atılacaq.

Klublar Parisdə baş vermiş terror aktı qurbanlarını belə anacaqlar.

Qeyd edək ki, daha öncə Fransa yığması ilə yoldaşlıq görüşündən öncə İngiltərə milli komandasının azarkeşləri "Marselyoza" oxuyublar. Noyabrın 13-də Parisdə törədilmiş terror aktı nəticəsində 129 nəfər ölüb. Terrorçuların hədəflərindən biri həmin gün Fransa və Almaniya yığmaları arasında yoldaşlıq görüşünün keçirildiyi "Stade de France" olub.

Son xəbərlər

Orphus sistemi