Bakı. 3 dekabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında XIII turun oyunları keçirilib.
"Report"un məlumatına görə, "Mançester Siti" Londonun "Çelsi" klubunu qəbul edib.
Qarşılaşma 1:3 hesabı ilə "Çelsi"nin qələbəsi ilə başa çatıb.
Bu görüşün nəticəsinə əsasən Premyer Liqanın lideri müəyyənləşib. Antonio Kontenin komandası səfər qələbəsi sayəsində 1-ci pillədəki mövqeyini möhkəmləndirib. Belə ki, "Çelsi" hesabındakı xalların sayını 34-ə çatdıraraq liderliyini möhkəmləndirib.
“Mançester Siti” isə 30 xalla ikinci pillədə qalıb.