İngiltərə Premyer Liqasının lideri 8 oyundan sonra məğlub olub - VİDEO

İngiltərə Premyer Liqasının lideri 8 oyundan sonra məğlub olub - VİDEO “Çelsi” evdə “Kristal Pelas”a uduzub
Futbol
1 Aprel , 2017 20:37
İngiltərə Premyer Liqasının lideri 8 oyundan sonra məğlub olub - VİDEO

Bakı. 1 aprel. REPORT.AZ/ “Çelsi” futbol üzrə İngiltərə çempionatının 30-cu turunda keçirdiyi ev oyununda "Kristal Pelas"a 1:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, ev sahiblərinin qolunu Sesk Fabreqas vurub (5-ci dəqiqə).

Qonaqlardan Uilfrid Zaa (9) və Kristian Benteke (11) fərqlənib.

"Çelsi"nin məğlubiyyətsizlik seriyası 9-cu oyunda qırılıb. Londonlular bütün turnirlərdə ardıcıl 12 oyun idi ki, məğlub olmurdular.

"Çelsi" 69 xal ilə turnir cədvəlində liderliyini davam etdirir, "Kristal Pelas" 31 xal ilə 15-ci idir.

Digər oyunların nəticələri:

"Bernli" - "Tottenhem" - 0:2

"Lester" - "Stok Siti" - 2:0

"Mançester Yunayted" - "Vest Bromviç" - 0:0.

Son xəbərlər

Orphus sistemi