İngiltərə çempionatının bombardiri xəstəxanaya yerləşdirildi

İngiltərə çempionatının bombardiri xəstəxanaya yerləşdirildi İngiltərə çempionatı tarixinin ən yaxşı bombardiri Cimmi Qrivz xəstəxanaya yerləşdirilib.
Futbol
8 Aprel , 2020 09:31
İngiltərə çempionatının bombardiri xəstəxanaya yerləşdirildi

İngiltərə çempionatı tarixinin ən yaxşı bombardiri Cimmi Qrivz xəstəxanaya yerləşdirilib. 

"Report" xəbər verir ki, futbolçunun sabiq komandası "Tottenhem"in rəsmi saytı 80 yaşlı keçmiş hücumçunun xəstəxanaya yerləşdirilmə səbəbini açıqlamayıb. 

Onun koronavirusla əlaqəli olmadığı bildirilib. Qrivzin səhhətində 2015-ci ildən bəri problem yaşanıb. O, iki dəfə infarkt keçirib. 

Qeyd edək ki, Cimmi Qrivz "Çelsi"nin yetirməsidir. İngiltərə yığmasının sabiq hücumçusu karyerasının böyük hissəsini "Tottenhem"də keçirib. O, çempionatda ən çox qol vuran futbolçudur - 357. Forvard İngiltərə milli komandası ilə 1966-cı ildə dünya çempionu da olub. 

Son xəbərlər

Orphus sistemi