İngiltərə Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

İngiltərə Premyer Liqasında 5 əvəzetməyə icazə verildi Futbol üzrə İngiltərə Premyer Liqası bərpa olunduqdan sonra komandalar oyun ərzində 5 əvəzetmədən yararlana biləcəklər.
Futbol
4 İyun , 2020 17:26
İngiltərə Premyer Liqasında 5 əvəzetməyə icazə verildi

Futbol üzrə İngiltərə Premyer Liqası bərpa olunduqdan sonra komandalar oyun ərzində 5 əvəzetmədən yararlana biləcəklər.

"Report"un çempionatın rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı qərar liqanın nümayəndələri ilə növbəti görüşdə qəbul olunub.

Həmçinin oyun vaxtı klubların ehtiyatdakı futbolçu sayını 7-dən 9-a yüksəltmələrinə icazə verilib. Bu qayda cari mövsümün sonunadək tətbiq olunacaq.

Qeyd edək ki, İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi