İngiltərə Premyer Liqası - "Mançester Siti" "Mançester Yunayted"ə qalib gəlib

İngiltərə Premyer Liqası - "Mançester Siti" "Mançester Yunayted"ə qalib gəlib Bakı. 10 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində Old Trafford stadionunda Mançester Yunayted və Mançester Siti komandaları qarşılaşıb.
Futbol
10 Dekabr , 2017 22:43
İngiltərə Premyer Liqası - Mançester Siti Mançester Yunaytedə qalib gəlib

Bakı. 10 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində "Old Trafford" stadionunda "Mançester Yunayted" və "Mançester Siti" komandaları qarşılaşıb.

"Report" xəbər verir ki, qarşılaşma Xosep Qvardiolanın baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 43-cü dəqiqəsində hesabı "Mançester Siti"nin oyunçusu açıb - David Silva fərqlənib. Bununla belə, "Mançester Yunayted" fasiləyə qədər hesabı bərabərləşdirib - Markus Raşford komandasının bərabərlik qolunu vurub.

Oyunda qələbə topunu "Mançester Siti"nin oyunçusu vurub. Belə ki, qarşılaşmanın 54-cü dəqiqəsində Nikolas Otamendi matçın həlledici qolunun müəllifi olub.

Son xəbərlər

Orphus sistemi