İngiltərə millisinin sabiq futbolçusu karyerasını başa vurub

İngiltərə millisinin sabiq futbolçusu karyerasını başa vurub İngiltərənin Aston Villa komandasının futbolçusu Qabriel Aqbonlaxor karyerasını başa vurub.
Futbol
28 Mart , 2019 13:01
İngiltərə millisinin sabiq futbolçusu karyerasını başa vurub

İngiltərənin "Aston Villa" komandasının futbolçusu Qabriel Aqbonlaxor karyerasını başa vurub.

"Report" xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu şəxsi "İnstagram" hesabından yazıb. O, "Aston Villa"nın oyunlarını azarkeş kimi izləməyin vaxtının gəldiyini bildirib. Aqbonlaxor klubda işlədiyi şəxslərə və komanda yoldaşlarına təşəkkür edib.

Qeyd edək ki, Aqbonlaxor 2005-ci ildən "Aston Villa"da çıxış edir. O, İngiltərə millisinin heyətində 3 oyunda meydanda olub. 

Son xəbərlər

Orphus sistemi