İngiltərə millisinin futbolçusu xanımı ilə birgə qarət olunub

İngiltərə millisinin futbolçusu xanımı ilə birgə qarət olunub Onların 175 min funt sterlinq məbləğində əmlakı ələ keçirilib
Futbol
7 Oktyabr , 2015 11:41
İngiltərə millisinin futbolçusu xanımı ilə birgə qarət olunub

Bakı. 7 oktyabr. REPORT.AZ/ İngiltərə milli komandası və "Everton" klubunun futbolçusu Tom Kleverli qarət olunub. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçinin 175 min funt sterlinq məbləğində əmlakını ələ keçiriblər.

İnsident ötən həftənin sonlarında baş verib. Bəd niyyətlilər onu və həyat yoldaşı Corcina Dorsetti beysbol bitaları ilə hədələyərək, iki avtomobilini, dizayner çantalarını, saat və zinət əşyalarını aparıblar. Kleverli və Dorsett fiziki xəsarət almasalar da, 2 yaşlı qızlarına görə həyəcan keçiriblər.

Hadisə ilə bağlı polis araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi