İngiltərə millisinin futbolçusu koronavirusa yoluxdu

İngiltərə millisinin futbolçusu koronavirusa yoluxdu İngiltərənin Bornmut klubunun futbolçusu Aaron Remsdeyl koronavirusa yoluxub.
Futbol
26 May , 2020 09:32
İngiltərə millisinin futbolçusu koronavirusa yoluxdu

İngiltərənin "Bornmut" klubunun futbolçusu Aaron Remsdeyl koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə 22 yaşlı qapıçı "The Sun" nəşrinə açıqlamasında deyib.

İngiltərəli qolkiper bildirib ki, onda infeksiya təkrar testdən sonra aşkarlanıb. U-21 millisinin üzvü virusa supermarketdə yoluxduğunu ehtimal edir: "Bu, mənim üçün şok oldu. Heç kimlə ünsiyyətdə olmamışam, amma yoluxmuşam. Xəstəliyin heç bir simptomları yoxdur. Bu isə o deməkdir ki, sağlam insan belə, daşıyıcı ola bilər. Olduqca qorxulu və narahatedici məqamdır".

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martda pandemiya səbəbindən dayandırılıb. Mövsümün iyunda azarkeşsiz bərpa olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi