İngiltərə milli komandasının sabiq futbolçusu sərbəst buraxılıb

İngiltərə milli komandasının sabiq futbolçusu sərbəst buraxılıb İngiltərə millisinin və Mançester Siti komandasının sabiq futbolçusu Adam Conson sərbəst buraxılıb.
Futbol
22 Mart , 2019 13:23
İngiltərə milli komandasının sabiq futbolçusu sərbəst buraxılıb

İngiltərə millisinin və "Mançester Siti" komandasının sabiq futbolçusu Adam Conson sərbəst buraxılıb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 2016-cı ildə yetkinlik yaşına çatmamış - 15 yaşlı qızla cinsi əlaqədə olduğu üçün həbs olunan oyunçu azadlığa çıxıb.

Yarımmüdafiəçinin son komandası olan "Sanderlend" futbolçunun təqsiri sübuta yetiriləndən sonra onunla müqaviləni ləğv edib. Azadlığa çıxan Consona qızı ilə tək görüşmək qadağan olunub.

Qeyd edək ki, Adam Conson bir vaxtlar "Mançester Siti”dəki çıxışı ilə tanınıb. O, İngiltərə Premyer Liqasının və ölkə kubokunun qalibi olub. Yarımmüdafiəçi milli komandada keçirdiyi 12 oyunda 2 qol vurub.

Son xəbərlər

Orphus sistemi