Bakı. 14 mart. REPORT.AZ/ Futbol üzrə İngiltərə kubokunun 1/4 finalının növbəti matçı keçirilib.
"Report" xəbər verir ki, "Çelsi" öz meydanında "Mançester Yunayted"i qəbul edib.
Oyun 1:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu N Qolo Kante vurub.
Qeyd edək ki, qarşılaşmanın ikinci hisssəsində qonaqlar azlıqda qalıb. Belə ki, Ander Errera ikinci sarı vərəqə ilə meydandan qovulub.
"Çelsi" bu hesabla yarımfinala çıxıb.