İngiltərə klubunun sabiq futbolçusu həbs oluna bilər

İngiltərə klubunun sabiq futbolçusu həbs oluna bilər Bakı. 17 aprel. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted klubunun sabiq futbolçusu Darron Gibson həbs oluna bilər.
Futbol
17 Aprel , 2018 20:38
İngiltərə klubunun sabiq futbolçusu həbs oluna bilər

Bakı. 17 aprel. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Darron Gibson həbs oluna bilər.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, səbəb 31 yaşlı futbolçunun avtomobili sərxoş vəziyyətdə idarə edərək dayanacaqda dayanmış maşını vurmasıdır.

İrlandiyalı futbolçunun qanındakı spirt miqdarının normadan üç dəfə yüksək olduğu bəlli olub. O, məhkəmədə avtomobili sərxoş vəziyyətdə idarə etdiyini boynuna alıb.

Qeyd edək ki, İngiltərənin "Sanderlend" klubu Gibsonun müqaviləsini ləğv edib. Bu məsələ ilə bağlı yeni qərar məhkəmə tərəfindən mayın 25-də veriləcək. 

Son xəbərlər

Orphus sistemi