İngiltərə klubunun qapıçısı xəstəliyə görə karyerasını başa vurub

İngiltərə klubunun qapıçısı xəstəliyə görə karyerasını başa vurub Bakı. 27 iyul. REPORT.AZ/ İngiltərənin Vulverhempton klubunun qapıçısı Karl İkeme futbolçu karyerasını başa vurub.
Futbol
27 İyul , 2018 16:58
İngiltərə klubunun qapıçısı xəstəliyə görə karyerasını başa vurub

Bakı. 27 iyul. REPORT.AZ/ İngiltərənin "Vulverhempton" klubunun qapıçısı Karl İkeme futbolçu karyerasını başa vurub. 

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı qolkiperin leykemiya xəstəliyindən əziyyət çəkməsi olub. 

Xəstəlik nigeriyalı oyunçuda 2017-ci ilin iyul ayında aşkarlanıb. O, karyerasını bitirmək barədə qərarı həkimlərlə məsləhətləşdikdən sonra qəbul edib.

Qeyd edək ki, Karl İkeme "Vulverhempton" klubunun yetirməsidir. 

Son xəbərlər

Orphus sistemi