İngiltərə klubunun qapıçısı koronavirusa yoluxdu

İngiltərə klubunun qapıçısı koronavirusa yoluxdu İngiltərənin Bornmut futbol klubunun qapıçısı Aron Remsdeyl koronavirusa yoluxub.
Futbol
27 May , 2020 00:23
İngiltərə klubunun qapıçısı koronavirusa yoluxdu

İngiltərənin "Bornmut" futbol klubunun qapıçısı Aron Remsdeyl koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə 22 yaşlı qolkiperin özü "The Sun"a açıqlama verib. Son iki gündə belə halla necə üzləşdiyini anlamağa çalışmış Remsdeyl bildirib ki, məşqlərə başlamamışdan öncə verdiyi testin nəticəsi mənfi çıxıb. 

Lakin o, sonradan mağazalarda olarkən xəstələnib: "Müəyyən qədər şokdayam. 7 gün təcrid olunmalıyam. Bu, mənə evdə işlərimlə məşğul olmaq imkanı yaradacaq. Hazırda özümü yaxşı hiss edirəm, heç bir simptomum yoxdur".

Bu mövsüm Premyer Liqada 28 oyunda iştirak etmiş gənc qapıçı 44 top buraxıb və 1 məhsuldar ötürmə verib.

Qeyd edək ki, mövsümün ilk yarısında "Qarabağ"ın, hazırda isə İtaliya "Milan"ının formasını geyinən qapıçı Asmir Beqoviç müqavilə üzrə "Bornmut"a məxsusdur. 

Son xəbərlər

Orphus sistemi