Bakı. 8 may. REPORT.AZ/ İngiltərənin "Liverpul" komandasının futbolçusu Jozef Qomes əməliyyat olunub.
"Report"un məlumatına görə, İngiltərə yığmasında da çıxış edən 21 yaşlı müdafiəçi mövsümün digər oyunlarında komandasına kömək edə bilməyəcək.
Gənc oyunçu həmçinin Çempionlar Liqasının final oyununda İspaniyanın "Real Madrid" komandasına qarşı görüşü də buraxmalı olacaq.
Qeyd edək ki, Qomes bu mövsüm İngiltərə çempionatında 23 oyunda meydanda olub.