İngiltərə klubunun futbolçusu içkili halda avtomobil idarə etdiyi üçün cəzalandırılıb

İngiltərə klubunun futbolçusu içkili halda avtomobil idarə etdiyi üçün cəzalandırılıb Braziliyalı yarımmüdafiəçi sürücülük hüququndan məhrum edilib
Futbol
2 Fevral , 2017 11:08
İngiltərə klubunun futbolçusu içkili halda avtomobil idarə etdiyi üçün cəzalandırılıb

Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Roberto Firmino içkili halda avtomobil idarə etdiyi üçün bir il müddətinə sürücülük hüququndan məhrum olunub. "Report"un ESPN-ə istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi 23,5 min avro cərimələnib.

27 yaşlı oyunçu Milad bayramı ərəfəsində - dekabrın 24-də saxlanılıb. Alkoqol testindən keçərkən, onun içkili olduğu müəyyənləşib. Firmino hadisə ilə əlaqədar klubundan, komanda yoldaşları və azarkeşlərdən üzr istəyib. Futbolçu tutduğu hərəkəti pis nümunə kimi dəyərləndirib.

Qeyd edək ki, yanvarın 9-da oğrular Roberto Firminonun evinə girərək, 70 min funt sterlinq saat, qiymətli əşyalar və paltarlarını aparıblar. Firmino "Liverpul"a 2015-ci ilin iyununda keçib. O, hazırkı klubunda 50 oyuna 16 qol, Braziliya millisində isə 15 oyuna 5 qol vurub. 

Son xəbərlər

Orphus sistemi