İngiltərə klubunun futbolçusu Azərbaycan millisinə çağırılıb - SİYAHI

İngiltərə klubunun futbolçusu Azərbaycan millisinə çağırılıb - SİYAHI Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının təlim-məşq toplanışı üçün heyəti və yoxlama matçlarındakı rəqibləri açıqlanıb.
Futbol
18 Yanvar , 2019 09:51
İngiltərə klubunun futbolçusu Azərbaycan millisinə çağırılıb - SİYAHI

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının təlim-məşq toplanışı üçün heyəti və yoxlama matçlarındakı rəqibləri açıqlanıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 19-dan Türkiyənin Antalya bölgəsində təşkil olunacaq hazırlıq prosesinə 24 oyunçu cəlb edilib. Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv toplanış ərzində 4 yoxlama oyunu keçirəcək.

Yığma yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq. Toplanışa 24 futbolçu dəvət olunub ki, onlardan 5-i legionerdir.  Dəvətlilər siyahısında İngiltərənin səviyyəcə 5-ci liqasında "Fayld" komandasının formasını geyinən Sərhad Daşdəmir də var. 

AD, SOYAD KLUB
1 Nicat Mehbaliyev Qarabağ
2 Nail Alışov Neftçi
3 Rüstəm Samuqullin Stroqino (Moskva, Rusiya)
4 Elnur İbrahimov Spartak-2 (Moskva, Rusiya)
5 İbrahim Hüseynov Qarabağ
6 Zamiq Əliyev Qarabağ
7 Xəyal Muradov Qəbələ
8 Rauf Hüseynli Qarabağ
9 Rüstəm Nuriyev Qəbələ
10 Vüsal Məsimov Qəbələ
11 Murad Məmmədov Səbail
12 Şakir Seyidov Sabah
13 Rüfət Abdullazadə Sumqayıt
14 Ruslan Qəribov Sokol (Saratov, Rusiya)
15 İdris İnqilablı Qəbələ
16 Turan Vəlizadə Neftçi
17 Vüsal Əsgərov Neftçi
18 Samir Qurbanov Qəbələ
19 Tural Bayramov Qarabağ
20 Elvin Talıbov Qarabağ 
21 Ismayıl Zülfüqarlı Neftçi
22 Kamran Quliyev Jonova (Litva)
23 Sərhad Daşdəmir Fayld (İngiltərə)
24 Musa Qurbanlı Qarabağ

Son xəbərlər

Orphus sistemi