İngiltərə klubunun futbolçuları məşq zamanı dava edib

İngiltərə klubunun futbolçuları məşq zamanı dava edib Bakı. 29 avqust. REPORT.AZ/ İngiltərənin “Nyukasl” komandasının futbolçuları məşq zamanı dava edib.
Futbol
29 Avqust , 2018 19:53
İngiltərə klubunun futbolçuları məşq zamanı dava edib

Bakı. 29 avqust. REPORT.AZ/ İngiltərənin “Nyukasl” komandasının futbolçuları məşq zamanı dava edib.

“Report” “Daily Mail”a istinadən xəbər verir ki, insident Premyer Liqanın III turunda “Çelsi” ilə ev oyunundan əvvəl baş verib. Matça hazırlıq vaxtı komandanın müdafiəçisi Camal Lassellslə yarımmüdafiəçi Mett Ritçi arasında mübahisə düşüb.

Paltardəyişmə otağında isə onlar arasında dava olub. Futbolçuları komanda yoldaşları çətinliklə ayıra biliblər. Lassellslə Ritçinin daha sonra bir-birinin əlini sıxaraq barışdıqları bildirilir.

Qeyd edək ki, avqustun 26-da baş tutan matçda “Çelsi” 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi