İngiltərə klubunun azarkeşi Yunanıstanda bıçaqlanıb

İngiltərə klubunun azarkeşi Yunanıstanda bıçaqlanıb Fanatlara Avropa Liqasının oyunundan əvvəl hücum edilib
Futbol
24 Avqust , 2018 10:47
İngiltərə klubunun azarkeşi Yunanıstanda bıçaqlanıb
0 : 00
0 : 00

Bakı. 24 avqust. REPORT.AZ/ İngiltərənin "Börnli" komandasının azarkeşləri "Olimpiakos"a qarşı futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu izləmək üçün getdikləri Yunanıstanda hücuma məruz qalıblar. 

"Report"un "Sky Sports"a istinadən verdiyi məlumata görə, fanatlardan biri bıçaq yarası alıb. Daha dörd nəfərə isə bədən xəsarətləri yetirilib. Onlara oyundan əvvəl hücum edilib. Zərərçəkənlərə stadiondaca yardım göstərilib. 

Qarşılaşmanı "Börnli"nin 900-dək azarkeşi izləyib. Hazırda İngiltərə klubu Yunanıstan polisi və "Olimpiakos"la birgə hadisənin araşdırıması ilə məşğul olur. 

Qeyd edək ki, görüş "Olimpiakos"un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi