İngiltərə klubuna yeni baş məşqçi təyin olunub

İngiltərə klubuna yeni baş məşqçi təyin olunub O, Mark Hyuzu əvəzləyib
Futbol
15 Yanvar , 2018 16:40
İngiltərə klubuna yeni baş məşqçi təyin olunub

Bakı. 15 yanvar. REPORT.AZ/ İngiltərənin "Stok Siti" futbol klubu yeni baş məşqçisini müəyyənləşdirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Pol Lombertdir. 48 yaşlı mütəxəssislə 2,5 illik müqavilə bağlanılıb. Şotlandiyalı baş məşqçi yanvarın əvvəllərində istefa vermiş Mark Hyuzu əvəzləyib. O, əvvəllər "Vulverhempton", "Kolçester Yunayted", "Norviç Siti", "Aston Villa" və "Blekbern Rovers"də çalışıb.

Qeyd edək ki, "Stok Siti" İngiltərə Premyer Liqasında 23 turdan sonra 20 xalla 18-ci pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda bir oyunu da var.

Son xəbərlər

Orphus sistemi