İngiltərə klubu ulduz futbolçuya yeni müqavilə təklif edir

İngiltərə klubu ulduz futbolçuya yeni müqavilə təklif edir Bakı. 4 aprel. REPORT.AZ/ İngiltərənin Çelsi klubu ulduz futbolçusu Eden Azarı komandada saxlamağa cəhd göstərir.
Futbol
4 Aprel , 2018 14:40
İngiltərə klubu ulduz futbolçuya yeni müqavilə təklif edir

Bakı. 4 aprel. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubu ulduz futbolçusu Eden Azarı komandada saxlamağa cəhd göstərir.

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, London təmsilçisi belçikalı futbolçuya həftəlik 334 min avroluq yeni müqavilə təklif etmək niyyətindədir. 

Bu razılaşma baş tutsa, Azar "Çelsi"də ən çox qazanan futbolçu olacaq. 27 yaşlı futbolçu hazırda İngiltərə təmsilçisində 230 min avro qazanır.

Qeyd edək ki, İspaniyanın "Real Madrid" klubu Eden Azarı heyətinə cəlb etmək istəyir.

Xatırladaq ki, Belçika milli komandasının da şərəfini qoruyan yarımmüdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 27 matçda iştirak edib və 11 qol vurub.

Son xəbərlər

Orphus sistemi