İngiltərə klubu sərxoş halda ciddi zədə alan kapitanı ilə müqaviləni ləğv edib

İngiltərə klubu sərxoş halda ciddi zədə alan kapitanı ilə müqaviləni ləğv edib İngiltərə Çempionşipində çıxış edən “Derbi Kaunti” klubu kapitan Riçard Kio ilə müqaviləni ləğv edib.
Futbol
31 Oktyabr , 2019 10:22
İngiltərə klubu sərxoş halda ciddi zədə alan kapitanı ilə müqaviləni ləğv edib

İngiltərə Çempionşipində çıxış edən “Derbi Kaunti” klubu kapitan Riçard Kio ilə müqaviləni ləğv edib.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçinin sərxoş halda avtomobil idarə edən zaman qəzada dizini zədələməsi və 15 ay müddətinə sıradan çıxmasıdır.

Kio 14 gün ərzində klubun qərarından apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, 2012-ci ildən “Derbi Kaunti”nin formasını geyinən Riçard Kio komanda ilə birgə şam yeməyindən sonra qəzaya düşüb. Həmin vaxt onunla yanaşı, daha 2 futbolçunun spirtli içki qəbul etdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi