İngiltərə klubu "Qalatasaray"ın futbolçusunu transfer edib

İngiltərə klubu "Qalatasaray"ın futbolçusunu transfer edib N’Diayenin transfer məbləği 16 milyon dollar təşkil edib
Futbol
1 Fevral , 2018 08:25
İngiltərə klubu Qalatasarayın futbolçusunu transfer edib

Bakı. 1 fevral. REPORT.AZ/ İngiltərənin "Stok Siti" klubu öz rəsmi saytında "Qalatasaray"dan (Türkiyə) yarımmüdafiəçi Papa Aliune N’Diayenin transfer olunduğunu elan edib.

“Report” xəbər verir ki, ingilis komandası 27 yaşlı seneqallıya görə 16 milyon dollar ödəyib.

Futbolçu ilə müqavilə 4 il müddətinə nəzərdə tutulub.

N’Diaye artıq yeni komandasında debüt edib. O, Premyer Liqanın 25-ci turunda "Uotford"la oyunda meydana çıxıb.

Yarımmüdafiəçi Türkiyə Superliqasında keçirdiyi 17 oyuna 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi