İngiltərə klubu Hasselbaynkı istefaya göndərib

İngiltərə klubu Hasselbaynkı istefaya göndərib Bakı. 3 aprel. REPORT.AZ/ İngiltərənin futbol üzrə birinci liqasında çıxış edən Northempton Taun klubunun baş məşqçisi Cimmi Floyd Hasselbaynk postunu tərk edir.
Futbol
3 Aprel , 2018 02:59
İngiltərə klubu Hasselbaynkı istefaya göndərib

Bakı. 3 aprel. REPORT.AZ/ İngiltərənin futbol üzrə birinci liqasında çıxış edən "Northempton Taun" klubunun baş məşqçisi Cimmi Floyd Hasselbaynk postunu tərk edir.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda 46 yaşlı holland mütəxəssisi istefaya göndərib.

"Northemton Taun" klubu çempionatın başa çatmasına 5 tur qalmış 22-ci yeri tutur və 41 oyundan sonra aktivində 40 xal ilə liqanı tərk etmək təhlükəsi ilə üzləşib.

Cimmi Floyd Hasselbaynk komandaya ötən ilin sentyabrında baş məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi