İngiltərə klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

İngiltərə klubu baş məşqçisi ilə müqaviləni yeniləyib Uelsli məşqçinin köməkçiləri ilə də müqavilənin müddəti uzadılıb
Futbol
26 May , 2018 14:41
İngiltərə klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

Bakı. 26 may. REPORT.AZ/ İngiltərənin "Sautqempton" klubu baş məşqçisi Mark Huyzla yeni müqavilə imzalayıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 55 yaşlı mütəxəssislə üçillik müqavilə bağlanıb. 

Uelsli məşqçinin köməkçiləri ilə də müqavilənin müddəti uzadılıb. 

Qeyd edək ki, Mark Huyz bu ildən etibarən "Sautqempton"a rəhbərlik edir. Komanda təcrübəli baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında qalmağı bacarıb.  

Son xəbərlər

Orphus sistemi