Bakı. 8 dekabr. REPORT.AZ/ İngiltərə futbolunda videotəkrar sistemindən (VAR) istifadə olunacaq tarix açıqlanıb. “Report” BBC-yə istinadən xəbər verir ki, britaniyalılar ilk dəfə texnologiyanın köməyindən 2018-ci il yanvarın 6-da yararlanacaqlar.
İngiltərə Kubokunun III mərhələsi çərçivəsində keçiriləcək “Brayton” – “Kristal Pelas” görüşündə hakimlər mübahisəli epizodlar zamanı videotəkrara müraciət edəcəklər.
Qeyd edək ki, hazırda sınaq mərhələsində olan VAR sistemindən İtaliya, Almaniya, Portuqaliya və daha bir neçə ölkədə istifadə olunur.