Yuxarı
    Bağlamaq

    İngiltərə​ çempionu olan klubun sahibi kazinoda 3,2 milyon avro udub

    132 illik klub tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olan Lesterin sahibinin 3,1 milyard dollar pulu var

    Bakı. 7 may. REPORT.AZ/ İngiltərənin "Lester" klubunun sahibi Viçay Şrivaddxanaprabx yerli kazinoların birində təxminən 3,2 milyon avro udub. 

    "Report"un məlumatına görə, bu barədə məşhur "The Sun" nəşri yazıb.

    132 illik klub tarixində ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olan "Lester"in sahibinin 3,1 milyard dollar pulu var. 

    Qeyd edək ki, "Lester" klubu Premyer Liqada çempionluğu təmin edib. Bu münasibətlə klub sahibi komandanın hər bir üzvünə "Mercedes" markalı avtomobil alacağını və onların Las Veqasda tam istirahət xərclərini qarşılayacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi