Yuxarı

İngiltərə çempionatı: "Tottenhem" "Sautqempton"u darmadağın edib - VİDEO

İngiltərə çempionatı: "Tottenhem" "Sautqempton"u darmadağın edib - VİDEO
Tottenhem XXI əsrdə səfərdə Sautqemptona 4 qol vuran ilk klub olub

Bakı. 29 dekabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə çempionatının 18-ci turunda "Tottenhem" "Sautqempton"u səfərdə 4:1 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, "Tottenhem"in heyətində Delle Alli (19 və 87-ci dəqiqələr), Qarri Keyn (53) və Son Xın Min (85) fərqləniblər.

"Sautqempton"un yeganə qolunu oyunun ikinci dəqiqəsində Virqel van Deyk vurub.

"Tottenhem" aktivində 36 xal ilə turnir cədvəlində 5-ci pilləni tutmaqda davam edir. "Sautqempton" isə 24 xalla 8-ci yerdə qərarlaşıb.

"Tottenhem" XXI əsrdə səfərdə "Sautqempton"a 4 qol vuran ilk klub olub.

Yanvarın 1-i keçiriləcək növbəti turda "Tottenhem" səfərdə "Uotford"a qarşı oynayacaq. Bir gün əvvəl isə "Sautqempton" evdə "Vest Bromviç"i qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi