İngiltərə çempionatı: "Mançester Siti" və "Liverpul" heç-heçə edib - VİDEO

İngiltərə çempionatı: "Mançester Siti" və "Liverpul" heç-heçə edib - VİDEO Görüş 1:1 hesabı ilə başa çatıb
Futbol
20 Mart , 2017 00:25
İngiltərə çempionatı: Mançester Siti və Liverpul heç-heçə edib - VİDEO

Bakı. 20 mart. REPORT.AZ/ "Mançester Siti" futbol üzrə İngiltərə çempionatının 29-cu turunun ev oyununda "Liverpul" ilə heç-heçə edib.

"Report" xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı "mersisaydlar"ın yarımmüdafiəçisi Ceyms Milner penaltidən açıb.

"Şəhərlilər"in cavab topunu Serxio Aquero vurub.

"Mançester Siti" turnir cədvəlində 57 xal ilə üçüncü yerdə qərarlaşıb. "Liverpul" 56 xal ilə 4-cüdür.

"Mançester Siti" aprelin 2-də keçiriləcək növbəti matçda "Arsenal"ın qonağı olacaq, "Liverpul" bir gün əvvəl "Everton"u qəbul edəcək.

Turun digər qarşılaşmasında "Tottenhem" "Sauthempton"u 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi