Yuxarı
    Bağlamaq

    İngiltərə çempionatı: "Liverpul" və "Çelsi" heç-heçə edib

    Görüş 1:1 hesabı ilə başa atıb

    Bakı. 1 fevral. REPORT.AZ/ "Çelsi" futbol üzrə İngiltərə çempionatının 23-cü turunda "Liverpul" ilə səfər oyununda 1:1 hesablı heç-heçə edib.

    "Report" xəbər verir ki, qonaqların heyətində 24-cü dəqiqədə David Luis cərimə zərbəsindən fərqlənib.

    "Liverpul"un qolunu baş zərbəsi ilə Corjinyo Veynaldum (57) vurub.

    Hazırda "Çelsi" aktivində 56 xal ilə turnir cədvəlinə başçılıq edir. "Liverpul" liderdən 10 xal geridə qalaraq 4-cü pillədə qərarlaşıb.

    Fevralın 4-də keçiriləcək növbəti tur oyununda "Liverpul" "Hall Siti"nin qonağı olacaq. Həmin gün "Çelsi" "Arsenal"ı qəbul edəcək.

    Paralel keçən oyunda "Arsenal" evdə "Uotford"a 1:2 hesabı ilə məğlub olub.

    Oyun gününün digər nəticələri:

    "Bernli" - "Lester - 1:0;

    "Bornmut" - "Kristal Pelas" - 0:2;

    "Midlsbro" - "Vest Bromviç" - 1:1;

    "Sanderlend" - "Tottenhem" - 0:0;

    "Suonsi" - "Sautqempton" - 2:1.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi