Bakı. 21 yanvar. REPORT.AZ/ "Liverpul" futbol üzrə İngiltərə çempionatının 22-ci turunda keçirdiyi ev oyununda gözlənilmədən "Suonsi"yə 2:3 hesabı ilə məğlub olub.
“Report” xəbər verir ki, qalib komandanın heyətində Fernando Lyorente (48 və 52-ci dəqiqələr) və Qilfi Tor Siqurdsson (74) fərqlənib.
Ev sahiblərinin qollarını isə Roberto Firmino (55, 69) vurub.
Bu oyun "Liverpul"un İngiltərə çempionatında 7 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub. Komanda turnir cədvəlində 22 xal ilə üçüncü yerdə gedir, "Suonsi" (18) qələbə sayəsində 17-ci pilləyə qalxıb.
“Mersisaydlar” yanvarın 31-də keçiriləcək növbəti turda öz meydanında "Çelsi"ni, "Suonsi" isə "Sautqempton"u qəbul edəcək.