İngiltərə çempionatı: "Liverpul" Salahın pokeri sayəsində "Uotford"u darmadağın edib - VİDEO

İngiltərə çempionatı: "Liverpul" Salahın pokeri sayəsində "Uotford"u darmadağın edib - VİDEO Misirli futbolçu mövsümdə 28-ci qolunu vurub
Futbol
18 Mart , 2018 01:26
İngiltərə çempionatı: Liverpul Salahın pokeri sayəsində Uotfordu darmadağın edib - VİDEO

Bakı. 18 mart. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 31-ci turunda "Liverpul" "Uotford" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Liverpul şəhərinin "Enfild" stadionunda baş tutan görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Vurulan qollardan 4-ü misirli yarımmüdafiəçi Məhəmməd Salahın payına düşüb. O, həm də 5-ci qolun ötürməsini verib. Roberto Firmino adını tabloya yazdırıb. Salah, bununla da çempionatda vurduğu qolların sayını 28-ə çatdırıb.

Hazırda "Liverpul" 63 xalla İngiltərə birinciliyinin turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Uotford" 36 xal ilə 11-ci yerdədir.

Oyun gününün digər matçlarında növbəti nəticlər qeydə alınıb:

İngiltərə Premyer Liqası. 31-ci tur

"Stok Siti" – "Everton" - 1:2

Qollar: Çupo-Motinq, 77 — Tosun, 69, 84

"Haddersfild" – "Kristal Pelas" - 0:2

Qollar: Tomkins, 23, Milivoyeviç, 68 (penaltidən)

"Bornmut" – "Vest Bromviç" - 2:1

Qollar: Ayb, 77, Stanislas, 89 — Rodriqes, 49

Son xəbərlər

Orphus sistemi