​İngiltərə çempionatı: “Çelsi” “Mançester Yunayted”i məğlub edib

​İngiltərə çempionatı: “Çelsi” “Mançester Yunayted”i məğlub edib “Sautqempton” səfərdə “Stok Siti”yə yenilib
Futbol
19 Aprel , 2015 00:45
​İngiltərə çempionatı: “Çelsi” “Mançester Yunayted”i məğlub edib

Bakı. 19 aprel. REPORT.AZ/ İngiltərə çempionatının 33-cü turunun Londonda baş tutan mərkəzi görüşündə "Çelsi" "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, qələbə qolunu Eden Azar vurub.

Beləliklə, "aristokratlar" "Arsenal" ilə xal fərqini 10-a çatdırıblar.

Matç bərabər səviyyədə keçib. Qonaqlar hücumda “dişsiz” olublar.

İngiltərə çempionatı, 33-cü tur

“Kristal Pelas” – “Vest Bromviç” - 0:2

Qollar: Morrison (2), Qardner (53).

“Everton” – “Bernli” - 1:0

Qol: Miralyas (29).

“Lester” – “Suonsi” - 2:0

Qollar: Uloa (15), Kinq (89).

“Stok Siti” – “Sautqempton” - 2:1

Qollar – Şnayderlin (22), Diuf (47), Adam (84).

“Çelsi” – “Mançester Yunayted” - 1:0

Qol: Azar (38).

Son xəbərlər

Orphus sistemi