İngiltərə çempionatı: "Çelsi" "Arsenal"ı məğlub edib - VİDEO

İngiltərə çempionatı: "Çelsi" "Arsenal"ı məğlub edib - VİDEO Görüş 3:1 hesabı ilə başa çatıb
Futbol
4 Fevral , 2017 19:54
İngiltərə çempionatı: Çelsi Arsenalı məğlub edib - VİDEO

Bakı. 4 fevral. REPORT.AZ/ "Çelsi" futbol üzrə İngiltərə çempionatının 24-cü turunun ev oyununda "Arsenal" üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

“Report” xəbər verir ki, ev sahiblərinin heyətində qolları Markos Alonso (13-cü dəqiqə), Eden Azar (53) və Sesk Fabreqas (85) vurub.

Qonaqlardan Olivye Jiru (90) fərqlənib.

Hazırda "Çelsi" 59 xal ilə turnir cədvəlinə başçılıq edir. Aktivində 12 xal az olan "Arsenal" üçüncü pillədədir.

Fevralın 12-də keçiriləcək növbəti turda "Çelsi" səfərdə "Bernli" ilə qarşılaşacaq. Bir gün əvvəl isə "Arsenal" "Hall Siti"ni qəbul edəcək.


Son xəbərlər

Orphus sistemi