İngilis klubları üçüncü dəfə avrokubok finallarında qarşılaşacaqlar

İngilis klubları üçüncü dəfə avrokubok finallarında qarşılaşacaqlar İngiltərə klubları tarixdə üçüncü dəfə avrokubokların final mərhələsində üz-üzə gələcəklər.
Futbol
9 May , 2019 07:58
İngilis klubları üçüncü dəfə avrokubok finallarında qarşılaşacaqlar

İngiltərə klubları tarixdə üçüncü dəfə avrokubokların final mərhələsində üz-üzə gələcəklər.

"Report" xəbər verir ki, cari mövsümdə Çempionlar Liqasının finalında "Liverpul""Tottenhem" klubları qarşılaşacaq.

Matç iyunun 1-də Madridin "Metropolitano" stadionunda keçiriləcək.

"Liverpul" yarımfinalda "Barselona"nı (0:3; 4:0), "Tottenhem" isə "Ayaks"ı (0:1; 3:2) mübarizədən kənarlaşdırıb.

Sonuncu dəfə belə bir hal 2008-ci ildə qeydə alınıb. Həmin vaxt Çempionlar Liqasının finalında "Mançester Yunayted" "Çelsi"ni oyunsonrası penalti zərbələri ilə məğlub edib — 1:1 (6:5). 1972-ci ildə isə UEFA Kubokunun finalında "Tottenhem" "Vulverhempton"u 2:1 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi