Yuxarı

​İngilis azarkeşlər Marselin mərkəzində iğtişaş törədiblər

Fanatlara qarşı gözyaşardıcı qaz tətbiq olunub

Bakı. 10 iyun. REPORT.AZ/ İngilis azarkeşlər Fransanın Marsel şəhərinin mərkəzində, Köhnə liman adlanan ərazidə iğtişaş törədiblər.

"Report" xəbər verir ki, iğtişaşlarda ən azı 200 fanat iştirak edib.

Hadisə yerinə əhəmiyyətli sayda polis qüvvələri cəlb olunub. Hazırda vəziyyət yoluna qoyulub. Fanatların sakitləşdirilməsi üçün gözyaşardıcı qazdan istifadə olunub. Hazırda Bretey küçəsi ərazisində təqribən 30 hüquq-mühafizə orqanı əməkdaşı keşik çəkir.

Şənbə günü Marselin "Velodrom" stadionunda Avropa çempionatının qrup mərhələsi çərçivəsində İngiltərə və Rusiya yığmaları qarşılaşacaq. Oyun günü Marseldə 150 minədək ingilis azarkeşinin olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi