İndzaqi: "İrqçilik insanları futboldan uzaqlaşdırır"

İndzaqi: "İrqçilik insanları futboldan uzaqlaşdırır" Bakı. 29 dekabr. REPORT.AZ/ İtaliyanın Latsio klubunun baş məşqçisi Simone İndzaqi A Seriyasının 18-ci turunda Napoli ilə Milan İnteri arasında keçirilən oyunda (0:1) fanatların irqçilik nümayiş etdirməsinə münasibət bildirib.
Futbol
29 Dekabr , 2018 03:53
İndzaqi: İrqçilik insanları futboldan uzaqlaşdırır

Bakı. 29 dekabr. REPORT.AZ/ İtaliyanın "Latsio" klubunun baş məşqçisi Simone İndzaqi A Seriyasının 18-ci turunda "Napoli" ilə Milan "İnter"i arasında keçirilən oyunda (0:1) fanatların irqçilik nümayiş etdirməsinə münasibət bildirib.

“Report” xəbər verir ki, İndzaqinin sözlərini "Football Italia" nəşri sitat gətirib:

"Ançelotti haqlıdır ki, belə hallarda komandaları meydandan çıxarmaq lazımdır, çünki bunun futbolla heç bir əlaqəsi yoxdur. İrqçilik ciddi problemdir və onunla ən yüksək səviyyədə məşğul olmaq lazımdır. Bu, ailələrin və uşaqların futbola baxmasına mane olur. İrqçilik insanları futboldan uzaqlaşdırır, ona görə fanatlar stadionlara daha az gəlməyə başlayırlar".

İtaliyanın "Napoli" klubunun seneqallı qaradərili müdafiəçisi Kalidu Kulibali "İnter" ilə A Seriyasının 18-ci tur matçında rəqib komandanın azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb. Nəticədə "İnter" klubu cəzalandırılaraq qarşıdakı iki oyunu boş tribunalar önündə keçirməli olacaq.

https://championat.media.eagleplatform.com/index/player?record_id=1182927

Son xəbərlər

Orphus sistemi