Yuxarı

İlqar Qurbanov: "Böyük-kiçik yeri bilmirlər"

İlqar Qurbanov: "Böyük-kiçik yeri bilmirlər"

Qəbələ. 28 may. REPORT.AZ/ "Deyəcək bir söz yoxdur. Rəqibin qapıya bir zərbəsi oldu, o da qolla nəticələndi. Buna mane olmamağımız diqqətsizliklə bağlı idi. Rəqibi təbrik etmək qalır ki, bunu da edirik. "Keşlə"yə uğurlar arzulayıram".

"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Qəbələ"nin müdafiəçisi İlqar Qurbanov Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Təcrübəli yarımmüdafiəçi həyəcanlı olduqlarını bildirib: "Qarşılaşmadan öncə həyəcan var idi. Üstəlik, evdə oynayırdıq. Bu da təzyiq yaradırdı. Həm də "Qəbələ" titulsuz olduğuna görə kuboku çox arzu edirdik. "Qəbələ"nin tarixində ilk titula sahib çıxmağı çox istəyirdik. Amma bacarmadıq. Üzgünəm. Qələbə qazanıblarsa, təbrik etmək qalır".

Qurbanov oyunun sonlarında qırmızı vərəqə alaraq meydanı tərk etməsindən də danışıb: "Azərbaycan futbolunda böyük-kiçik yeri qalmayıb. Böyük-kiçik yeri bilmirlər. Tanımadım həmin adamı, bilmirəm kim olduğunu. Həmin şəxsi üzə çıxaracam".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi