Yuxarı

İlin ən yaxşı gənc futbolçusu adına namizədlər bəlli olub

İlin ən yaxşı gənc futbolçusu adına namizədlər bəlli olub

Fransanın “France Football” nəşri ilin ən yaxşı gənc futbolçusu adına namizədləri elan edib.

“Report” xəbər verir ki, siyahıda ingiltərəli Ceydon Sanço (“Borussiya” Dortmund, Almaniya), almaniyalı Kay Haverts (“Bayer” Leverkuzen, Almaniya), nigeriyalı Samuel Çukvueze (“Vilyarreal”, İspaniya), hollandiyalı Matteys de Liqt (“Yuventus”, İtaliya), fransalı Matteo Genduzi (“Arsenal”, Almaniya), portuqaliyalı Joau Feliş (“Atletiko” Madrid, İspaniya), cənubi koreyalı Li Kan İn (“Valensiya”, İspaniya), italiyalı Moyze Kin (“Everton”, İngiltərə), ukraynalı Andrey Lunin (“Valyadolid”, İspaniya) və braziliyalı Vinisius Junior (“Real Madrid”, İspaniya) yer alıblar.

Ən yaxşı qadın futbolçu adına isə amerikalılar - Meqano Rapino, Rouz Lavell, Tobin Hit, hollandiyalılar - Like Martens, Sari Van Venendal, isveçlilər - Kosovare Asllani, Sofiya Yakobsson, fransalı Vendi Renar, braziliyalı Marta və norveçli Ada Hergerberq iddia edirlər.

Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Parisdə olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi