Yuxarı
    Bağlamaq

    "Globe Soccer" versiyası üzrə ilin ən yaxşıları adına namizədlər açıqlanıb

    Mükafatlandırma mərasimi Dubayda keçiriləcək

    Bakı. 17 noyabr. REPORT.AZ/ "Globe Soccer Awards" versiyası adına namizədlərin siyahısı açıqlanıb. "Report"un məlumatına görə, ən yaxşı futbolçu adına namizədlər siyahısında İngiltərənin "Lester" klubunun hücumçusu Ceymi Vardi, İtaliya "Yuventus"unun hücumçusu Qonsalo İquain, İspaniyanın "Real Madrid" klubunun futbolçuları Kriştianu Ronaldu, Qaret Beyl, "Barselona"dan Lionel Messi və "Atletiko"dan Antuan Qrizmann yer alıb.

    "Real Madrid"dən Zinəddin Zidan, "Lester"dən Klaudio Ranyeri, Portuqaliya yığmasından Fernandu Santuş, "Yuventus"dan Massimiliano Alleqri, Fransa PSJ-sindən isə Unay Emeri ilin baş məşqçisi adı uğrunda mübarizə aparacaq.

    İlin klubu seçiləcək komandalar siyahısında "Real Madrid"in, "Lester"in, "Sevilya"nın, Norveç "Molde"sinin və Polşa "Legiya"sının adı var. İlin ən yaxşı hakimi adına namizədlər isə iranlı Alireza Faqani, qambiyalı Bakari Qassama, argentinalı Nestor Pitana, salvadorlu Xoel Agilar və ingiltərəli Mark Klattenburqdur.

    Mükafatlar 27-28 dekabrda Dubayda keçiriləcək mərasimdə sahiblərini tapacaq.

    Qeyd edək ki, "Globe Soccer" 2010-cu ildə Avropa Futbol Agentləri Assosiasiyası (EFAA) və Avropa Klubları Assosiasiyası (ECA) tərəfindən təsis olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi