Yuxarı

​İki futbolçu "Bakı" klubundan qaçıb

Bununla yanaşı, komandanın düşərgəsinə 4 yeni futbolçu qoşulub

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında ilk yarının bombardiri Nurlan Novruzov "Bakı" klubunun düşərgəsinə qoşulmayıb. Klubdan "Report"a verilən məlumata görə, 22 yaşlı yarımmüdafiəçinin mövsümün növbəti hissəsinə hazırlıq məqsədilə bu gündən başlanan məşqə qatılmamasının səbəbi bilinmir.

N.Novruzov hazırlıq prosesindən kənarda qalma səbəbini nə məşqçilər korpusu, nə də rəhbərliyə deyib. Eyni zamanda Türkiyənin "Qaziantep Böyükşəhər Bələdiyyəspor" klubu ilə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilən Rəhman Hacıyev də ilk məşqdə iştirak etməyib. Klubdan hər iki futbolçuya qarşı daxili nizam-intizam qaydalarına uyğun tədbir görüləcəyi bildirilib. 

Digər tərəfdən, komandanın düşərgəsinə 4 yeni futbolçu qoşulub. Bunlar "Sumqayıt"ın futbolçusu Taqim Novruzov, "Rəvan"ın yarımmüdafiəçiləri Kamil Nurəhmədov və Ramazan Abbasov, eləcə də Azərbaycan millisinin sabiq hücumçusu Murad Hüseynovdur. Hüseynovun son klubu icarə əsasında çıxış etdiyi Rusiya "Daqdizel"i olub. Bu futbolçuların "Bakı"da qalıb-qalmayacağına baş məşqçi İbrahim Uzuncanın qərarından sonra aydınlıq gələcək.

Qeyd edək ki, Nurlan Novruzov Premyer Liqanın 18 turu ərzində 9 qol vurub. Onunla Azərbaycanın aparıcı klublarının maraqlandığı bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi