İker Kasilyas "Golden Foot - 2017" mükafatına layiq görülüb

İker Kasilyas "Golden Foot - 2017" mükafatına layiq görülüb İspan qapıçı bu mükafatı uğurlu peşəkar karyerasına görə alıb
Futbol
8 Noyabr , 2017 01:58
İker Kasilyas Golden Foot - 2017 mükafatına layiq görülüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Portuqaliyanın "Portu" klubunun qapıçısı İker Kasilyas hər il təqdim olunan "Golden Foot" mükafatına layiq görülüb.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı qapıçı bu mükafatı uğurlu peşəkar karyerasına görə alıb.

O, karyerasının əhəmiyyətli hissəsini İspaniya "Real"ında keçirib. Futbolçu "Kral klubu"nun heyətində 5 dəfə İspaniya çempionu və üç dəfə Çempionlar Liqasının qalibi olub.

Kasilyas həmçinin İspaniya yığmasının heyətində bir dəfə dünya, iki dəfə isə Avropa çempionu adını qazanıb.

Son xəbərlər

Orphus sistemi