Yuxarı
    Bağlamaq

    İdman Arbitraj Məhkəməsi UEFA-nın Albaniya yığması ilə bağlı qərarını ləğv edib

    Serbiyaya texniki məğlubiyyət verilib, Albaniya 3 xal qazanıb

    Bakı. 10 iyul. REPORT.AZ/ İdman Arbitraj Məhkəməsi (CAS) Serbiya və Albaniya milli komandaları arasında AVRO-2016-nın seçmə qrup matçındakı qalmaqalla əlaqədar UEFA-nın çıxardığı qərarı ləğv edib. "Report"un Albaniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, CAS Serbiyaya texniki məğlubiyyət verib.

    Habelə, bu ölkənin 3 xaldan məhrum edilməsi barədə qərarı qüvvədə saxlayıb. Əvəzində Albaniya 3 xal qazanıb.

    Qeyd edək ki, 2014-cü il oktyabrın 14-də Belqradda keçirilmiş matç ilk yarının sonlarında meydança üzərində Albaniya bayrağı ilə pilotsuz uçan aparat peyda olub. Bu vaxt serbiyalı futbolçu Stefan Mitroviç bayrağı çıxarıb yerə atmaq istərkən, albaniyalı oyunçuların etirazı ilə qarşılaşıblar. Nəticədə tərəflər arasında kütləvi dava baş verib. Toqquşmaya azarkeşlər də qoşulub. UEFA Nizam-İntizam Komitəsi Albaniyaya 0:3 hesablı texniki məğlubiyyət verib, Serbiyanın 3 xalı silinib və növbəti 2 ev oyununu azarkeşsiz keçirməsi barədə qərar çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi