Beynəlxalq idman arbitraj məhkəməsi "İnter" klubuna rəsmi cavab verib

Beynəlxalq idman arbitraj məhkəməsi "İnter" klubuna rəsmi cavab verib CAS klubun sənədlər toplusunu qəbul etdiyini və nəzərdən keçirdiyini bildirib.
Futbol
28 Aprel , 2016 10:56
Beynəlxalq idman arbitraj məhkəməsi İnter klubuna rəsmi cavab verib

Bakı. 28 aprel. REPORT.AZ/ UEFA CFCB-nin İstintaq Palatasının qərarına əsasən növbəti üç avrokubok mövsümünün birində (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum edilən və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edən "İnter" klubuna rəsmi cavab verilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, CAS klubun sənədlər toplusunu qəbul etdiyini və nəzərdən keçirdiyini bildirib.

Bundan başqa, məktubda qarşı tərəfin (UEFA) işlə bağlı 20 gün ərzində rəsmi mövqe bildirməsinin zəruri olduğu qeyd olunub. İşlə bağlı məhkəmənin keçirilməsi tarixi UEFA-nın məsələyə rəsmi mövqe bildirməsindən sonra müəyyən ediləcək.

Son xəbərlər

Orphus sistemi